Zelenski Trampı Ukraynaya – döyüş xəttinə çağırdı

 

Ukrayna Prezidenti Volodimir Zelenski həqiqəti nümayiş etdirmək üçün Trampla birlikdə Ukrayna hərbçilərinin mövqelərinə baş çəkməyə hazırdır.

"Ölkə.az" “Kanal 24”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti fevralın 17-də Münhen konfransı zamanı danışıb.

“Əgər müharibəni necə bitirmək barədə söhbətimiz olacaqsa, qərar qəbul edənlərə əsl müharibənin necə göründüyünü nümayiş etdirməliyik. “Instagram”da müharibə yox, əsl müharibə” - o bildirib.

Zelenski həmçinin əlavə edib ki, Ukrayna buna hazırdır, çünki bütün namizədlər və hər iki partiyanın nümayəndələri Ukraynada baş verənləri bilməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Ukraynadakı müharibəni tez bir zamanda başa çatdıra bilər. O, Ayova ştatında çıxış edərkən bildirib ki, Vladimir Putinlə yaxşı münasibətləri olduğuna görə onunla razılığa gələ bilər.

0.15549492835999