Müharibə bitdi, amma... - İrandan bəyanat

 

İran-İsrail gərginliyinin bitdiyi bildirilir.

Tasnim xəbər verir ki, İranın BMT-dəki səfiri Səid İrəvani İsrailə cavab məsələsinin həll olunduğunu söyləyib. 

O qeyd edib ki, İsrailə hücum “BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə məqsədi ilə hücum) uyğun olaraq həyata keçirilib.

Əlavə edib ki, “məsələ həll olunub, lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha güclü olacaq. Bu, İran və İsrail rejimi arasında münaqişədir, ABŞ məsafə saxlamalıdır”.

Xatırladaq ki, İran İsrailə ballistik raketlər atıb. Tehrandan bildirilib ki, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib

Bundan əlavə, ABŞ-nin hərbi qüvvələrinin İranın İsrailə doğru uçan bir neçə dronunu vurduğu söylənilib.

Eyni zamanda NBC televiziyası amerika rəsmilərinə istinadən xəbər verib ki, ABŞ Prezidenti Cozef Bayden Administrasiyası İrana qarşı böyük hücuma hazırlaşır.

Qeyd edilib ki, bu, İranın İsrailin dövlət obyektlərini hədəf almasına cavabdır.

Vaşinqton hesab edir ki, İran İsrail hökumətinin hədəflərinə 100-dən çox pilotsuz təyyarə və onlarla qanadlı raket atıb. Rəsmi qeyd edib ki, ABŞ və İsrail yəhudi dövlətini qorumaq üçün hərəkətləri yaxından əlaqələndirirlər.

 

0.20848798751831