Azərbaycanda oğul anasını parkda bıçaqladı

 

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S. Nəsibova öz oğlu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

0.19240593910217