Mixael Ballaka məxsus unikal "Ferrari" Kaliforniyada hərraca çıxarılacaq

 

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballaka məxsus unikal "Ferrari" avqustun 16-17-də Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək "RM Sotheby"s" hərracında satışa çıxarılacaq.

Paralel.az xəbər verir ki, söhbət 1960-cı ildə buraxılmış "Ferrari 250 GT SWB California Spider"in ilk nümunəsindən gedir. Lotun gözlənilən dəyəri 16-18 milyon dollardır.

Avtomobil xüsusi olaraq ABŞ bazarı üçün yaradılıb və 106 nüsxə həcmində hazırlanıb. Onun kapotunun altında təxminən 280 at gücünə malik üç litrlik "Colombo Tipo 128" V12 mühərriki var.

Avtomobilin maksimal sürəti 250 km/saatdır.

Qeyd edək ki, bu model üçün hazırkı hərrac rekordu 18,4 milyon dollardır. O, 2015-ci ildə Parisdə qeydə alınıb.

 

0.211345911026