“Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 il xidmət etdikdən sonra 44 yaşında təqaüdə gedə bilər. Polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin əməkhaqqı 950 manata yaxındır. Gəlin araşdıraq, polislərin tez təqaüdə getməsi, Daxili İşlər Orqanlarının fəaliyyətinə necə təsir edir?”
Ölkə,Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
O əlavə edib ki, müasir kommunikasiya-informasiya texnologiyları əsrində daxildə təhlükələr və cinayətkarlığın yeni növlərinə qarşı mübarizə əvvəlki illərdən daha çox peşəkarlıq tələb edir: “Bir narkotika cinayətinin açılması üçün əvvəlki illərdən 3-4 dəfə çox insani, vaxt və peşəkarlıq resurları tələb olunur. 44-50 yaşında olan polis təqaüdə göndərilirsə, biz onların yerini kimlərə veririk. Daxili işlər orqanları dövlətin qoruyucu zirehi, ictimai təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm xidmətləri olan qüvvələrdir. Hər birimiz saat 9-dan 18-dək iş rejiminə malikik, lakin polis hər gün 14-16 saatlıq rejimdə xidmət aparır. Qlobal İqlim sammitinin təhlükəsilziyində bütün dövlət orqanları ilə yanaşı, yol polisindən, patrul xidmətinə, sıravidən ali rəis heyətinə qədər hamısı fədakarlıqla çalışırlar. Lakin Vətən müharibəsində şəhid olan, pandemiyada 7-24 rejimində çalışan və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var”.
Demokratikmusavat.com