4 ölkədə işıqlar eyni vaxtda söndü, səbəb isə...

 

Balkan yarmadasında günorta saatlarında 4 ölkədə işıqlar sönüb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bölgədə daha əvvəl görülməmiş regional elektrik kəsintisi Bosniya və Herseqovina, Monteneqroda, qismən də Xorvatiya və Albaniyada da təsirli olub.

Monteneqro rəsmiləri bildiriblər ki, kəsintiyə səbəb yüksək temperatura görə elektrik enerjisindən istifadənin artması və nəticədə xətlərdə həddindən artıq yüklənmə olmasıdır. Kəsinti nəticəsində Balkan paytaxtlarında tramvay və trolleybus hərəkətləri dayandırılıb, böyük tıxaclar yaranıb.

Rəsmilər yaranmış problemə görə demək olar ki, bütün Monteneqronun işıqsız qaldığını açıqlayıblar.

Bosniya və Herseqovina və Xorvatiya rəsmiləri Monteneqroda elektrik şəbəkəsindəki problemin onlara da təsir etdiyini açıqlayıblar.

Billurə Yunus

 

0.094429016113281