Sabiq bank rəhbərinə edam cəzası verildi

 

“Bank of China”nın Direktorlar Şurasının sabiq sədri və keçmiş partiya katibi Lyu Lyanqe rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Bununla bağlı Şandonq əyalət məhkəməsi qərar qəbul edib.

Lyanqe günahını etiraf etdiyi, eyni zamanda, mənimsədiyi pul və əmlakın böyük hissəsini qaytardığı üçün hökmün icrası iki il müddətinə təxirə salınıb, bu müddət ərzində o, yeni cinayətlər törətməyəcəyi təqdirdə, edam cəzası ömürlük həbs cəzası ilə əvəz ediləcək. Məhkəmə keçmiş bank sədrinin siyasi hüquqlarından ömürlük məhrum edilməsinə və qanunsuz olaraq əldə etdiyi bütün aktivlərinin müsadirə edilməsinə qərar verib.

Ümumilikdə Lyanqe 17 milyon dollardan çox rüşvət alıb və 3,32 milyard yuandan çox krediti qanunsuz olaraq təsdiqləyib ki, bu da 190 milyon yuandan çox itki ilə nəticələnib.(APA)

0.14417505264282