Aviabiletlərin qiymətləri ucuzlaşıb.
Demokratikmusavat.com Milli.Az-a istinadən xəbər verir ki, paytaxt sakinlərinin əksəriyyəti də ucuzlaşma ilə razılaşır.
Turizm məsələləri üzrə ekspertlər bildirirlər ki, aviabiletlərin qiyməti ötən illə müqayisədə ucuzlaşıb. Hazırda biletlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz ucuzlaşıb. Hətta bəzi şirkətlər əlavə endirim kampaniyaları təklif edirlər ki, bu da biletin qiymətinin 25-30 faiz endirilməsinə səbəb olur. Ötən il 600 manata satılan biletlər bu il 500-530 manat civarına satılır. Hava yollarımız bu gündə bütün istiqamətlərə endirimləri tətbiq edir. Ən çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə istiqamətində olan biletlər ucuzlaşıb.Qiymətlərin enməsi daxili bazara da yaxşı təsir göstərir və yerli turizmin inkişafına səbəb olur.
Qeyd edək ki, vətəndaşlar yay aylarına kimi endirimlərdən istifadə edə biləcəklər.