AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilir

 

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, Sərəncamla AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.

Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

0.23594880104065