Səttar Möhbalıyev AHİK-i özəlləşdirib?
Millət vəkili, AHİK və ATİAHİ-nin sədri, ölkədə azsaylı milyarderlərdən biri Səttar Möhbalıyev düz 30 ildir Naxçıvandan millət vəkili təyin olunur, amma bir dəfə də olsun ağzını açıb, danışmır, "2,5 milyon üzvü olan Həmkarlar təşkilatları imperiyasının" şəriksiz karalı olan bu adam nə bir nəfər həmkar üzvünün, nə də seçildiyi dairədəki seçicilərdən kiminsə haqqını bir dəfə də olsun müdafiə etdiyini görməyib.
2019-cu ildə cənab Prezident sabiq köməkçisi, pis işlərlə məşğul olduğuna görə, işdən qovulan Əli Həsənov, Səttar Möhbalıyevin dayağı-qudası vəzifədən qovuldu, ölkə əhalisi sevindi və güman etdi ki, çox çəkməz, ölkədə həmkarlar təşkilatları adı altında özünə böyük bir imperiya qurmuş - 26 sahə həmkarlarında birləşmiş 2,5 milyon insanın əmək haqqından hər ay 2 faiz "dinməver"(üzvlük haqqı) tutaraq mənimsəyən, AHİK və ATİAHİ-nın sədrliyini özəlləşdirmiş Səttar Möhbalıyev də, nəhayət, yığdığı milyardları tədricən dövlətə verib, vəzifədən gedəcək!
Lakin gözlətilər özünü doğrultmadı, həmin vaxtdan düz 5 il keçməsinə baxmayaraq, Səttar Möhbalıyev nəinki qurduğu AHİK İmperiyasının Kralıığından azad olundu, hətta Ağdamda məşhur "İmarət" stadionunu inşa etdirmək ona tapşırıldı, o da bununla öyündü və yeri gəldikcə, müharibəyə milyonlarla pul xərclədiyini dilə gətirib, camaata xox gəldi...
Səttar Möhbalıyev bunları deyəndə elə danışır ki, sanki əhalinin milyonlarını yox, dədəsindən miras qalmış milyonları ölkə üçün xərcləyir. Daha demir ki, müharibəyə verdiyim və "İmarət" stadionun tikilməsinə sərf etdiyim pul hər ay 2,5 milyon insanın əmək haqqından 2 faiz avtomatik tutulub, özəlləşdirdiyim "həmkarlar təşkilatlarının" hesabına mədaxil olunan ayda 10 milyon manatdan söhbət gedir.
Səttar Möhbalıyev həddini o qədər aşıb ki, dövlətin qanunlarını, ölkə Prezidentinin Sərəncamlarını və göstərişlərini pozmaqdan belə çəkinmir. Məsələn, Azərbaycanın bütün sahələrində çalışan işçi və qulluqçular üçün 65 yaş son təqaüd hədd kimi müəyyən edildiyi halda, Səttar Möhbalıyev əksər təşkilat sədrlərini 75 yaşa qədər vəzifədə saxlayır. Beləliklə, 65 yaşı tamam olan təşkilat sədrləri həm pensiya, həm də yüksək əmək haqqı alırlar. Bu da AHİK və ATİANİ sistemində çalışan işçi və qulluqçuların qocalmasına, gəncləşmənin qarşısının alınmasına, eyni zamanda, izafi maliyyə vəsaiti xərclənməsinə səbəb olur.
Səttar Möhbalıyev sədr olduğu AHİK və ATİANİ sistemində olan təşkilatlarda rəhbər və maddi-məsul vəzifələrdə çalışanların əksəriyyəti özünün qohum-əqrabası və yerliləridir. 26 sahə həmkarlar təşkilatının hər birində özünün qohumları və həmyerliləri ya sədr, sədr müavini, idarə rəisi, şöbə müdiri kimi yüksək vəzifələrə yerləşdirib. Məsələn, AHİK və ATİAHİ sədr müavinləri, 26 sahə həmkarlarnda çalışan sədr və idarə heyətinin üzvləri, idarədə çalışan inzibati işçilərin tərkibini yüngülcə araşdırmaq kifayətdir.
Cənab Prezidentin tapşırığı ilə Prezident Administrasiyası bütün yüksək vəzifə sahiblərini hər ay yerlərdə əhali ilə görüşə cəlb etdiyi, hər ay üzrə qəbul qrafik tərtib etdib, mətbuatda dərc etdirdiyi halda, AHİK və ATİAHİ sədri vəzifələrini 30 ildir ələ keçirən Səttar Möhbalıyev hər həftənin birinci gününü qəbul günü kimi, elan etsə də, müxtəlif bəhanlərlə ya normal qəbul keçirmir, ya da həmkar üzvlərinin qəbulunu köməkçisinə həvalə edir.
Azərbaycanda həmkar üzvü olan milyonlarla sıravi üzvlərin nə əmək hüququ qorunur, nə də 5 il ərzində bir dəfə də olsun sanatoriya yolayışı (putyovka) ilə təmin olunmur. Sıravi həmkar üzvləri sanatoriya yollayışını (putyovka) yalnız 350-500 manat rüşvət verməklə əldə edə bilərlər. May-sentyabr aylarında bütün yollayışları (putyovkaları) yalnız 500(beş yüz) manat rüşvət verməklə almaq mümkündür!
Bəli, AHİK və ATİAHİ sədri, millət vəkili Səttar Möhbalıyevin öz qanunları var və hər kəs "Həmkarlar təşkilatı" haqqında Azərbaycan Respublikasının Qanununu oxuyub, özünü yormasın, əsas "Səttar Möhbalıyev" Qanununa əməl etməkdən ibarətdir...
Ardı var...