Almaniyanın 2023-cü ildə elektrikli avtomobil ixracatı illik müqayisədə 58% artaraq 786 min ədədə çatıb.
"Ölkə.Az" xəbər verir ki, sözügedən ixracatın dəyəri 36 milyard avro olub.
Ötən il alman elektrik avtomobillərinin ən əhəmiyyətli alıcı ölkəsi 15,6% payla Niderland, ikinci yerdə 13,4%-lə Böyük Britaniya və üçüncü yürdə 12,4%-lə Belçika olub.
Ölkənin elektrikli avtomobil idxalı 2023-cü ildə 23,5% artaraq təxminən 446 min ədədə çatıb və bunun üçün 14,1 milyard avro ödənilib.
Almaniyada elektrikli avtomobillərin əksəriyyəti 2023-cü ildə Çindən gətirilib. Çinin payı 29% olduğu halda, bu ölkəni 9,9%-lə Cənubi Koreya və 9,3%-lə Çexiya izləyib.
Məlumatlar göstərir ki, Çinin Almaniyaya tamamilə elektrikli avtomobil idxalındakı payı keçən illə müqayisədə iki dəfədən çox artıb.
Könül
Ölkə.Az