Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT

 

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Yoldaşının başqası ilə danışdığından şübhə edən Fikrət Balabəyov həyat yoldaşı Arzu Balabəyovla mübahisə edib daha sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

0.16408491134644