"Bayer" Almaniya çempionatını rekordla başa vurub

 

"Bayer Leverkuzen" komandası futbol üzrə Almaniya çempionatının 34-cü turunun matçında "Auqsburq"u qalib gələrək tarixində ilk dəfə ölkə çempionu olub.

"Ölkə.az" xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb.

Xabi Alonsonun komandasında Viktor Bonifas və Robert Andriç fərqləniblər. "Auqsburq"un yeganə qolunu 62-ci dəqiqədə Mert Kömür vurub.

Beləliklə, komanda mövsümü bir oyun belə uduzmadan keçirərək məğlubiyyətsizlik seriyasını 51 matça çatdırıb.

0.15414810180664