Orxan Zeynallıdan ilk: klassik musiqi ilə rep izdiham yaratdı - FOTOLAR

 

Reper Orxan Zeynallının “Buz uşağı” adlı konserti baş tutub.

Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 5000-ə yaxın insan qarşısında çıxış edib.

Konsertdə Orxan Bakı Opera Orkestrı ilə birgə səhnəyə çıxıb. Tədbirdə dirijor Əyyub Quliyev də səhnə alıb. Reperi gənc ifaçı Nərgiz Məcidli müşayiət edib.

Qeyd edək ki, gecədə müğənnilər Aisel, Çinarə Məlikzadə, Tomris, Aynişan Quliyeva, reper Uran da sənətçiylə birgə səhnə alıb.

0.10934686660767