Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

 

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib. 

Ölkə.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman da imzalayıb.

Qeyd edək ki, hər iki saziş 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.

0.18288993835449