TDT ölkələrinin elm-təhsil sahəsində əməkdaşlığı zəruridir

 

Bildiyiniz kimi TDT-nın fəaliyyəti genişlənir, TURAN birliyinin yaradılması istiqamətində işlər sürətlənir. Bu qurumun yaranmasına təlabat dünyada gedən geopolit proseslərlə əlaqədardır. TDT-nın inkişafı Türkiyənin liderliyi ilə türkdilli dövlətlərin bir çox sahələrdə daha yaxından inteqrasiyasını tələb edir. TDT çərçivəsində gələcəkdə vahid elm-təhsil-innovasiya məkanının, o cümlədən universitetlər şəbəkəsinin yaradılması zəruri olacaqdır (bu mövzuda 2009-cu ildən etibarın bir neçə məqalə yazmışıq).
Türkdilli ölkələrin universitetlər şəbəkəsinin qurulması, elmi və ali təhsilin müasir inkişafından geri qalan bizim kimi ölkələr üçün daha faydalı ola bilər. Belə ki, bu inteqrasiya prosesləri bizimelm-təhsil sisteminin daha sürətli inkişafına təkan verə bilər. Gələcəkdə TDT vahid elm və ali təhsil məkanının (Boloniya prosesinə analoji) yaradılması da ehtimal edilir.
Yəqin ki, TDT çərçivəsində bu ölkələrin təhsil sistemlərinin, o cümlədən universitetlərin reytinqləri tərtib ediləcəkdir. Bu mənada biz TDT ölkələrinin təhsil sistemlərinin ilkin reytinqini tərtib etmişik. İlk beşlik belə görünür:

1. Türkiyə
2. Qazaxstan
3. Özbəkstan
4. Tatarstan
5. Şimali Kipr Respublikası.

Sonuncu 2 dövləti şərti olaraq reytinq sıralamasına yazmışıq (müstəqillikləri hələlik tanınmadığından). Bu sıralama nəinki təhsil sistemi üçün, eləcə də TDT üzv ölkələrin elm, innovasiya, rəqəmsal transformasiya və biliklər iqtisadiyyatının inkişaf səviyyəsi üçün də keçərlidir.
TDT Universitetlərinin reytinqində TOP-100 sıralamasında 70 universitet Türkiyənin (ölkədə 206 universitet var), 30 universitet isə Qazaxstanın ola bilər (ölkədə 170-ə yaxın universitet var). TDT üzv ölkələrin ali təhsil ürə lider olan bu iki ölkənin universitetlərinin sıralanması THE TOP- 100 sıralamasında ABŞ və İngiltərə universitetlərininsıralanmasınaa uyğungəlir.
TDT universitetlərinin TOP-200 sıralamasında 100 TC, 60 Qazaxstan, 15 Özbəkstan (ölkədə 211 universitet var), 10 Tatarstan (45 universitet var), 10 KKTC (ölkədə 44 universitet var) və 5 də bizim ATM ola bilər.
Məlum olduğu kimi Universitetlərin qlobal reytinq cədvəlindən TOP-500 sırasında hələ də islam ölkəsinə aid bir universitet yoxdur. İSESCO-nun 12 il əvvəl Bakıda keçirilən konfransında qərara gəlindi ki, bu problemi yaxın 10 ildə həll edilsin. Lakin 12 il keçməyinə baxmayaraq hələ də nəticə yoxdur. Son 10 ildə bəzi Ərəb ölkələrində də universitetlərin inkişafı hiss edilir. Güman edirik ki, yaxın 7-8 ildə TOP-500 universitet sırasında 2 TDT ölkələrinin universiteti ola bilər (Türkiyə və Qazaxstan).
İlk 3-likdə olan ölkələrin qısa formada təhsil, elmi və texnoloji nailiyyətlərinə diqqət edək:
Türkiyənin elmi-texnoloji nailiyyətləri. Türkiyə elmi və texnoloji sahədəki nailiyyətləri ilə həm daxili inkişafını, həm də qlobal bazardakı mövqeyini gücləndirməyə davam edir. Müdafiə sənayesi, kosmos, səhiyyə, enerji, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar kimi sahələrdə əldə edilən uğurlar Türkiyənin qlobal miqyasda daha mühüm oyunçuya çevrildiyini göstərir. Türkiyənin bu sahələrdə strateji addımları, onun həm iqtisadi gücünü artırmağa, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə xidmət edir.
Türkiyədə kvant kompüterləri istiqamətində də tədqiqatlar gedir. Son illərdə Türkiyə bu sahəyə ciddi sərmayələr yatırılıb. Türk Silahlı Qüvvələrinin və TÜBİTAK'ın da daxil olduğu müxtəlif dövlət və özəl sektor təşəbbüsləri, kvant kompüterləri və kvant texnologiyaları sahəsində araşdırmalar gedir. Həmçinin, müxtəlif universitetlər və tədqiqat mərkəzləri kvant hesablama texnologiyalarına maraq göstərir və bu sahədə tədqiqatlar aparır.
Məsələn: TÜBİTAK BİLGEM (Türkiyə Bilimsel ve Teknolojik Araştırma Kurumu, Bilim ve Teknoloji Araştırma Merkezi) kvant kompüterləri və kvant şəbəkələri ilə bağlı layihələr üzərində çalışır. Həmçinin İstanbul Texniki Universiteti (İTÜ) və Boğaziçi Universiteti kimi müxtəlif akademik müəssisələr, kvant hesablama və kvant texnologiyalarını öyrənmək məqsədilə tədqiqatlar həyata keçirirlər. Son bir ayda artıq Türkiyədə kvant kompüter yaratmaq mümkün olmuşdur. Bu çox böyük nailiyyətdir. Türkiyədə həmçinin bir neçə super kompüter mövcuddur və bu kompüterlər, müxtəlif elmi araşdırmalar və tədqiqatlar üçün istifadə olunur.
Qazaxıstanın elmi-texnoloji nailiyyətləri onun elmi-texnoloji nailiyyətləri ilə öz iqtisadiyyatını modernləşdirmək, beynəlxalq arenada daha güclü mövqeyə sahib olmaq və Mərkəzi Asiya regionunda lider mövqeyini qorumaq məqsədi güdür. Kosmik tədqiqatlar, rəqəmsal transformasiya, bərpa olunan enerji, biotexnologiya və kənd təsərrüfatı texnologiyaları sahəsində əldə edilən nailiyyətlər ölkənin bu sahədə gələcəkdə daha da inkişaf edəcəyini göstərir. Qazaxıstanın strateji proqramları və elmi-tədqiqat infrastrukturu bu məqsədləri dəstəkləyir.
Qazaxıstanda ali təhsil postsovet məkanında ən sürətlə inkişaf edən təhsil sistemlərindən biridir. Ölkə müstəqillik əldə etdikdən sonra ali təhsilin keyfiyyətini artırmaq, beynəlxalq standartlara uyğunlaşdırmaq və təhsil sahəsində modern texnologiyaların tətbiqini təmin etmək üçün islahatlar həyata keçirmişdir. Qazaxıstanın ali təhsil sistemi əhalinin intellektual potensialını inkişaf etdirmək və rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədi güdür. Son illər universitetlərin QS reytinq cədvəlində Qazaxstanın xeyli universiteti TOP 1500 sıralamasında mövqe tutmuşdur (onların sayı artıq 35-dir). Bu sıralamada Qazaxstanın xeyli əyalət universitetləri də təmsil olunub.
Qazaxıstanda müxtəlif növ ali təhsil müəssisələri fəaliyyət göstərir:
Milli Universitetlər: Bunlar Dövlət tərəfindən dəstəklənən və Qazaxıstanın ən nüfuzlu təhsil müəssisələri hesab olunur. Bunlara Qazaxıstan Milli Universiteti (Al-Farabi adına Qazax Milli Universiteti) və Nazarbayev Universiteti daxildir.
Dövlət Universitetləri: Dövlətin maliyyələşdirdiyi təhsil müəssisələridir və müxtəlif sahələr üzrə peşəkar kadrlar hazırlayır.
Özəl Universitetlər: Ölkədə özəl sektor tərəfindən yaradılan və beynəlxalq standartlara uyğun təhsil verən universitetlər də mövcuddur.
Beynəlxalq Universitetlər: Nazarbayev Universiteti kimi bir sıra universitetlər beynəlxalq əməkdaşlıq əsasında fəaliyyət göstərir və ingilis dilində təhsil təklif edir. Qazaxstan universitetlərininsürətli inkişaf amillərindən biri də ölkəninETN hər il universitetlərə minlərlə qrant verməsidir. Bu təcrübə son 15 ildə çox səmərəli şəkildə istifadə edilir.
Qazaxstan elmininkiaşfıda gündəmdədir. dünyada COVİD-19 pandemiyası müddətində vaksinhazırlayan 5 ölkədən biri olmuşdur.
Özbəkistanın elmi-texnoloji nailiyyətləri onun iqtisadi inkişafına, sənayenin modernləşdirilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Xüsusilə kənd təsərrüfatı, enerji, rəqəmsallaşma və elmi araşdırmalar sahəsində əldə edilən uğurlar ölkənin gələcəkdə bu istiqamətlərdə daha da inkişaf edəcəyini göstərir. Özbəkistan innovasiyaları milli prioritet kimi qəbul edərək regional və beynəlxalq səviyyədə öz mövqeyini gücləndirir.
Son 7 ildə Özbəkstanda universitetlərin sayı 77-dən 211-ə qalxıb, yəni 3 dəfə artıb. ATM-nin 30 % özəldir. Ali təhsilli əhalinin sayı 9%-dən 42% faizə yüksəlib. Əlkədə 1 milyondan çox tələbə var (ölkə əhalisinin sayı 37 milyondur). Bu Ölkədə 30 xarici universitet fəaliyyət göstərir. Bu universitetlərdən 15 -i MDB ölkələri ilə birgə yaradılıb. Son 25 ildə universitetlərə qəbul planı 5 dəfə artıb.
Düşünürük ki, TDT üzv ölkələrinin ali təhsil, elm, texnologiya sahəsində səmərəli əməkdaşlığı bu qurumun və onun üzvlərinin müasir dünyada olan kəskin rəqabət şəraitində inkişafı üçün zəruridir.

İlham Əhmədov, dosent 

Demokratikmusavat.com 

0.2044460773468