"Formula1"ə ayrılan pulları mənimsəyən şöbə müdiri: "Məhsulların alınması üçün 90 milyon manat verilmişdi"

 

Ç.Mehdiyev deyib ki, o, həyat yoldaşının əsassız iddiaları üzrə ittiham olunur.

Onun sözlərinə görə, Arif Rəhimov "Formula1" yarışı üzrə məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırıb. Lazımi məhsulların alınması üçün 90 milyon manat vəsait ayrılıb. Satınalma ilə bağlı növbəti iclasında ona bildiriblər ki, xüsusi məhsulların satın alınmasında ciddi çətinliklər mövcuddur:

"Məhsul çeşidlərinin çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlif ölkələrdə yerləşməsi, çoxlu sayda müqavilələr bağlanması təlabatının yaranması, onlara ilkin ödənişlərin edilməsi, bu məhsulların ölkəyə gətirilməsinin logistikasının vaxtında və düzgün təşkili, o cümlədən nümunələrin əldə edilməsi və Londondakı baş ofislə razılaşdırılması və yekun olaraq malların alınması çox böyük insan əməyi, vaxt və maliyyə tələb edirdi".

0.1783390045166