Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb

 

ABŞ Latın Amerikası bölgəsini hərbiləşdirir və Qayananı Venesuelaya hücum etməyə hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Madurodan vitse-prezident Delsi Rodriges sosial şəbəkədə sitat gətirib.

Venesuela lideri iddia edib ki, MKİ-nin 12 bazası və ABŞ Cənub Komandanlığının 14 məxfi bazası artıq Qayanada yerləşdirilib.

“Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır”, – Rodriges qeyd edib.

O, öz hesabında Venesuela Prezidenti Nikolas Maduronun müdafiə naziri Vladimir Padrino Lopeslə söhbətində “Qayananın Latın Amerikası və Venesuelada sülhə təhdid mərkəzinə çevrildiyini” ifadə etdiyi bir video yerləşdirib.

0.14971709251404