COP29-da istifadə olunan texnologiyaların taleyi necə olacaq? - Ekspertdən açıqlama

 

"COP29-da diqqət çəkən məqamlardan birisi də texniki-texnoloji təminatın yüksək səviyyədə olması idi. Cavabdeh qurum olaraq XRİTDX, cavabdeh İT şirkət olaraq Cyberpoint, ETSN İT komandası böyük əmək sərf edərək dayanıqlı və keyfiyyətli iş ortaya qoya bildilər".

Bu fikri mətbuata Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

"İndi görəsən onların taleyi necə olacaq ? Onlardan necə effektiv istifadə olunacaq? Maraqlıdır, görəsən CİSCO hansı şərtlərlə öz avadanlıqlarından istifadəyə imkan yaradıb ? İndi onlardan necə istifadə olunacaq?", - ekspert sual edib.

"Xatırlayıram ki, bundan öncə ölkədə təşkil olunan böyük tədbirlərdə, İlk Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və s. texniki-texnoloji təminata cavabdeh şirkətin (Eurodesign) istifadə etdiyi noutbuklarla sonradan az qala futbol oynanılmasının, avadanlıqların mağazalarda və əllərdə dəyər-dəyməzinə satılmasının da şahidi olmuşduq" - deyə, O.Gündüz vurğulayıb.

Ekspert ümid edir ki, COP29-da istiafdə olunan texnologiyalardan gələcəkdə effektiv istifadə olunacaq.

Demokratikmusavat.com

0.43716502189636