Almaniyanın "Bayer 04" klubunun futbolçusu Florian Virts azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Demokratikmusavat.com xəbər verir ki, o, səsvermədə Mateo Reteqi ("Atalanta", İtaliya), Malik Tillman (PSV, Niderland) və Julian Alvaresi ("Atletiko" İspaniya) qabaqlayıb.
Qeyd edək ki, Florian Virts “Zaltsburq”a (Avstriya) qarşı keçirilən matçda (5:0) dubl müəllifi olub.