Haqari: İran PUA-larının qarşısını almağa çalışacağıq, müdafiə 100 faiz olmayacaq

 

İrandan atılan onlarla pilotsuz uçuş aparatı (PUA) İsrailə gəlir.

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari mətbuata açıqlamasında bildirib.

O, İsrail Hərbi Hava Qüvvələrinin PUA-ları izlədiyini söyləyib və onların ölkəyə çatmasının bir neçə saat çəkəcəyini qeyd edib.

"PUA-ların İsrail ərazisinə daxil olmasının qarşısını almağa çalışacağıq. Lakin müdafiə 100 faiz olmayacaq", - deyə o bildirib.(APA)

 

0.14896607398987