Elçin Quliyev kral ilə bir arada - FOTOLAR

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb.

Ölkə.az xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub.

E.Quliyev III Çarlzla birlikdə atların yarışını izləyib.

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu 1-5 may tarixlərində Vindzor qəsrinin ərazisində keçirilib.

Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

 

 








 

0.1996328830719