ABŞ polisinin şok ifşası: hökumət buna görə 25 milyon ödəyəcək 

 

ABŞ-nin Şimali Karolina ştatında 44 il həbsdə olan qaradərili Ronnie Lonqun günahsız olduğu ortaya çıxıb. 

ABŞ Apellyasiya Məhkəməsinin hakimi polisin qəsdən maddi sübutları gizlətdiyi müəyyən edildikdən sonra Lonqun məhkumluğunun ləğv edildiyini bildirib. 

68 yaşında olan Lonqa 25 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

Nahaq yerə həbs edilən Lonqun vəkilləri 25 milyon dollarlıq razılaşmanı ölkədəki ən böyük qanunsuz məhkumluq zərərlərindən biri kimi qiymətləndiriblər.

Qeyd edək ki, o, 1976-cı ildə 21 yaşında olarkən 54 yaşlı ağdərili qadını zorlamaqda və oğurluqda günahlandırılıb.

Ağdərili olan münsiflər heyəti tərəfindən iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.

 

0.12360715866089