Qabon Prezidentinin həbs edildi

 

Qabonda hakimiyyətin ələ keçirildiyini elan edən hərbçilər ölkə prezidentinin oğlu Əli Bonqonun həbsdə olduğunu bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Liberation” nəşri məlumat yayıb.

Qabon hərbçiləri mətbuata açıqlamasında bildiriblər ki, Bonqonun oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.

Hərbçilər Qabon Prezidentinin hazırda ev dustağı olduğunu, ailəsinin və həkimlərinin onun yanında olduğunu iddia edirlər.

Qeyd edək ki, avqustun 30-da səhər Qabonda bir qrup yüksək rütbəli zabit ölkənin əsas televiziya kanalında prezident seçkilərinin nəticələrinin ləğvi və hakimiyyət institutlarının ləğvi ilə bağlı bəyanatla çıxış edib. Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və ölkənin Müdafiə Nazirliyini və Silahlı Qüvvələrini təmsil etdiklərini bəyan ediblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

0.18786692619324