İmran Xanın həbs müddəti uzadıldı

 

Pakistanda məhkəmə keçmiş Baş nazir İmran Xanın dövlət sirrini açıqlamaqda ittiham olunduğu işi üzrə həbs müddətini 14 gün uzadıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən iş üzrə dinləmə Xanın hazırda  saxlanıldığı Attok bölgəsindəki həbsxanada keçirilib.

Qeyd edək ki, Federal Təhqiqat Agentliyi (FIA) keçmiş Baş nazir Xan və onun köməkçilərini Dövlət Sirləri Qanununu pozduqlarına görə məhkəməyə vermişdi.

0.1522159576416