Putinlə razılaşmanın vacibliyini bildirən səsləri eşidirik…” – Kulebadan sərt cavab

 

“Münaqişənin dondurulmasından söhbət gedə bilməz, çünki indi silah diplomatiyası dövrüdür, atəşkəs diplomatiyasının yox”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna XİN başçısı Dmitri Kuleba Fransada keçirilən konfransda deyib.

 

“Biz kar deyilik və Putinlə razılaşmanın vacibliyini bildirən səsləri eşidirik”, -deyən Kuleba bildirib ki, Putinlə hər hansı razılıq əldə edilməsinin mənası yoxdur, çünki o, istənilən razılaşmanı pozur və yalan danışır.

Kuleba bununla bağlı nümunələr gətirərək deyib ki, Putin müharibədən cəmi iki həftə əvvəl, artıq işğalın dəqiq tarixini belə özü üçün müəyyən etdiyi bir vaxtda Emmanuel Makrona Ukraynaya qarşı müharibəyə başlamayacağına dair söz vermişdi.

 

 

Kuleba həmçinin, Yevgeni Priqojinin qətlə yetirilməsini misal çəkib və deyib ki, Putin hərbi qiyamdan sonra “Vaqner” başçısı ilə anlaşmışdı və onun təhlükəsizliyinə zəmanət vermişdi: “Uşaqları raketlərlə öldürən, dünya liderlərini aldadan, hətta təhlükəsizlik zəmanəti verdiyi öz yaxın ətrafını qətlə yetirən birisi ilə necə anlaşmaq olar?”

Kuleba deyib ki, yeganə variant Volodimir Zelenskinin təklif etdiyi sülh planının reallaşdırılmasıdır.

Nazir bir daha Ukraynanın dondurulmuş münaqişə variantı ilə razılaşmayacağını təkrarlayıb: “Dondurulmuş münaqişə həyatları xilas etməyəcək. O, daha çox həyat alacaq”.

0.1525251865387