FTX Ukraynada döyüşmək istəyən azərbaycanlını həbs edib

 

Oryol vilayətində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən sakini saxlayıblar.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
FSB-nin məlumatına görə, həmin şəxs “ukraynapərəst fikirlərin tərəfdarı” olmaqla, fəal şəkildə “terrorçu təşkilat kimi tanınan Ukrayna hərbiləşdirilmiş birliyinin nümayəndələri ilə əlaqə qurub və onlarla əlaqə saxlayıb”.

Məlumatda həmçinin qeyd olunur ki, o, Ukraynanın Təhlükəsizlik Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinə müraciət edib və onlardan ölkədən çıxma qaydası ilə bağlı dəqiqləşdirmələr alıb.

Saxlanılan şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 205.5 (terror təşkilatının fəaliyyətində iştirak) maddəsi ilə cinayə işi açılıb.

“OrelTimes”-in məlumatına görə, saxlanılan şəxs 39 yaşlı Orel sakini, milliyyətcə azərbaycanlı Ramil Əziz oğlu Dəmirovdur. O, Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırırdı.

Saxlanılan Dəmirov Rusiya vətəndaşlığından imtina etmək barədə ərizə də yazıb. Ərizədə qeyd olunur: “Mən heç vaxt özümü Rusiya cəmiyyətinin, onun xalqının bir hissəsi hesab etməmişəm, onun nə tarixi, nə siyasi, nə də mədəni baxışlarını bölüşməmişəm. Yaşadığı bütün müddət ərzində o, yalnız yerli əhalidən neqativlik, nifrət, ksenofobiya, nifrət və paxıllıq hiss edib”.

Mürtəza
Demokratikmusavat.com

0.18594193458557