Qətərin baş naziri gözlənilmədən Kiyevə səfər edib

 

Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani gözlənilməz səfərlə Kiyevə gedib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.

“Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani bu gün Ukraynaya səfər edib. Səfər zamanı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını prezident Volodimir Zelenskiyə çatdıracaq, həmçinin onunla birlikdə bir sıra mühüm məsələləri müzakirə edəcək”, - məlumatda deyilir. 

Bundan əlavə, Qətərin baş naziri Ukraynanın baş naziri Denis Şmıqal və bu ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə görüşləri nəzərdə tutulur.

Qətər XİN rəsmisinin qeyd etdiyi kimi, Şeyx Məhəmmədin Ukraynaya səfəri Rusiya-Ukrayna böhranının humanitar nəticələrini yumşaltmaq üçün Qətərin göstərdiyi səylərin bir hissəsi kimi həyata keçirilir. Xüsusilə Qətərin baş naziri Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra Ukraynadan ərzaq ixracı imkanlarını müzakirə etməyi planlaşdırır.

Onu da qeyd edək ki, Şeyx Məhəmməd iyunda Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. 

Mürtəza
Demokratikmusavat.com

0.19150114059448