Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin qaraçı ailələrinin nəzarətə götürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciətə müsbət cavab verilib.
Demokratikmusavat.com xəbər verir ki, QHT sədri paylaşım etdikdən sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyinin onunla əlaqə saxladığını deyib:
Həmçinin oxu: "Bu ailələr nəzarətə götürülməlidir, böyük təhlükə var"
“Qurum qeyd etdiyim məsələlərlə bağlı araşdırmaların aparılmasına göstəriş verdiklərini, eləcə də qarşılıqlı əməkdaşlıq fəaliyyətinin daha da effektiv variantlarının hazırlanması üçün planın hazırlanması istiqamətində görüşlərin keçiriləcəyini bildirdilər” - o yazıb.