Ronaldo qoldan sonra səcdəyə getdi - VİDEO

 

Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda “Əl-Nəsr”in formasını geyinən Kriştiano Ronaldo qol vurduqdan sonra etdiyi hərəkətlə gündəmə gəlib.

Demokratikmusavat.com xəbər verir ki, portuqaliyalı superulduz qələbə qolunu vurduqdan sonra səcdəyə gedib.

Onun bu hərəkətinə komanda yoldaşları alqışlarla cavab verib.

Oyuna gəldikdə isə 2 top fərqi ilə geridə olan "Əl-Nəsr" matçda geridönüş etməyi bacarıb. Belə ki, rəqibi "Əl-Şəbab"ın qapısına 3 qol vuran meydan sahibləri qələbə qazanıb.

0.283282995224