BMW öz avtomobillərinin adını dəyişəcək

 

Almaniyanın BMW şirkəti daxili yanma mühərrikli avtomobillərinin adından "i" hərfini çıxarmaq qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə brendin baş vitse-prezidenti Bernd Kerber "BMW Blog"da danışıb.

Bu qərar qarışıqlığın qarşısını almaq üçün qəbul edilib. Məsələ burasındadır ki, BMW əvvəllər öz elektrik avtomobilləri xəttini eyni şəkildə adlandırırdı. Beləliklə, "i" hərfi markanın həm benzin, həm də elektrik avtomobillərini ifadə edirdi. Nəticədə şirkət dizel mühərrikli avtomobillər üçün "d" postfiksini, hibridlər üçün "e" hərfi və elektromobillər üçün "i" hərfini tərk etmək qərarına gəlib.

"i" hərfi 70-ci illərin sonlarında BMW benzinli avtomobillərin adında peyda olub. Mühərrikə yanacaq vermək üçün bir enjeksiyon sisteminin mövcudluğunu göstərdi. Şirkət qeyd edib ki, indi bu ad heç bir məna kəsb etmir, çünki karbüratörlü avtomobillər artıq istehsal olunmur.

Bundan əvvəl məlum olmuşdu ki, BMW avtomobil istehsalçısı Çinin şimal-şərqindəki Şenyandakı zavodunu modernləşdirmək üçün 2,8 milyard dollar xərcləyəcək. Şirkət bu yolla "Çinli tərəfdaşların innovativ imkanlarına" inamlarını vurğuladıqlarını söylədi. Son illərdə BMW, qrupun dünyada ən böyük istehsal bazası olan Çinə investisiyalarını fəal şəkildə artırır. Keçən ilin noyabrında konsern Şenyanda yeni akkumulyator zavodunun əsas binasının tikintisini başa çatdırıb. Bu, təxminən 1,38 milyard dollara başa gəlib.

0.2064220905304