100 mlrd dollar istəyi, "çılğınlıqdan imtina" qalmaqalı - NATO-nun ifşası  

 

NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinə Ukraynaya dəstək üçün beş il ərzində 100 milyard dollar toplamaq təklifi ilə çıxış edib. 

Ölkə.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.

“İndi NATO Ukraynadakı münaqişəyə yeni 100 milyard dollar xərcləmək istəyir. NATO baş katibinin müvafiq təklifi çərşənbə axşamı birinci oxunuş üçün üzv ölkələrə təqdim edilib”, - o bildirib.

Baş katib bu məqsədlər üçün xüsusi fondun yaradılacağına aydınlıq gətirib.

Siyyarto qeyd edib ki, NATO münaqişənin müddətini beş il uzatmağı planlaşdırır. Onun sözlərinə görə, bu, Avropa üçün böyük risklər daşıyır. “Macarıstan bu çılğınlıqdan kənarda” qalmaq niyyətindədir”, - nazir bildirib.

Mürtəza
Ölkə.Az

0.20810794830322