"Cənab Prezident İlham Əliyev Azərbaycanın qlobal aləmdə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında oyanaya biləcəyi rolu dəyərləndirərək 2008-ci ildən etibarən ölkəmizdə beynəlxalq mədəniyyətlərarası forum keçirilməsinə başlayıb. 16 ildir ki, təşkil edilən ənənəvi mədəniyyətlərarası dialoqu təşkil etməklə dünyada dayanıqlı sülhün və qlobal təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun təşkil edilməsi və qlobal humanitar problemlərin həlli baxımdan çox gözəl bir məkandır. Artıq bu, “Bakı Prosesi”adı altında ciddi ənənəvi beynəlxalq səviyyəli dialoq formatına çevrilib. Bu formatda keçirilən dialoqlar qlobal təhlükəsizliyə öz təhfəsinin verməsinin nəticəsidir ki, hər il keçirilən tədbirlər də dünyamızı narahat edən humanitar xarakterli ən ciddi məsələlər ətrafında dialoqla təşkil olunur.
Mayın 1-dən etibarən ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da dünyada sülhə və qlobal təhlükəsziliyin təmin olunmasına öz təhfəsini verəcək. Bu gün bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Bu isə yaşadığıız dünyanı ciddi təhdidlərlə üz-üzə qoyur. Yaranmış durum bizləri daha ciddi təhlükələrdən xilas olmaq üçün dayanıqlı sülhü və qlobal təhlükəsizliyin təmin olunmasını bütün dünya ölkələri qarşında əsas vəzifə kimi qoyur.
Bu baxımdan Forum iştirakçıları üzləşdiyimiz çağırışlar qarşısında parçalanmış dünyamızın üzləşdiyi problemləri müzakirə etməyə və birgə çıxış yollarının tapılmasına imkanlar yaradacaq. Adından da göründüyü kimi bu dəfəki Forum "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” devizi altında keçirilir. Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Əminəm ki, Forum qarşısında qoyduğu məqsədlərə nail olacaq".
Bunu açıqlamasında deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, forum iştirakçıları 3 günlük müzakirələr zamanı mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka və sair bu kimi msələlər müzakirə edəcəklər. "Əminəm ki, forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa mədəniyyətlərarası dialoqu necə gücləndirməyə, mövcud problemləri aradan qaldırmağa imkan verəcək", - o qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezidentin çıxışı isə forum iştirakçılarına və beynəlxalq aləmə dünyamızın üzləşdiyi problemlərə necə həssas yanaşdığını bir daha sübut etdi.
"Cənab Prezidentin çıxışı ciddi mesajları ilə yadda qaldı.
- Şərqlə Qərb arasında yeləşən Azərbaycanın çoxmədəniyyətli və etnik müxtəlifliyə malik olan ölkə kimi dünyanın nümunəvi multikultural dəyərlərə malik tolerant ölkə modeli nümunəsi olması;
- Azərbaycanın mədəniyyətlərarası etyimad mühitinin yaranmasına töhfə verməsi;
-Ümumiyyətlə Azərbaycanın dünyanın üzləşdiyi problemlərə verdiyi töhfə;
- Dünyanın aparıcı inkişaf etmiş ölkələrinin, xüsusən də Fransanın neokolonializm siyasətinin qlobal təhlükəsizliyə təhdidi;
- Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhü, sabitliyi və əməkdaşlığın təmin olunması, həmçinin bəzi dünya ölkələrinin sülh prosesini əngəlləməsi kimi ciddi mesajlar vermiş oldu", - deputat qeyd edib.
O əlavə edib ki, cənab Prezident bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradan ölkələrə və qüvvələrə qarşı sərt mövqeyini ortaya qoydu: "Dövlət başçısı bəyan etdi ki, Azərbaycan sülhü müharibə yolu ilə əldə edib və bunu beynəlxalq aləm bunu nəzərdən qaçırmamalıdır. Azərbaycan məcburiyyət qarşısında bölgədə sülhü müharibə yolu ildə təmin etdiyindən bir daha bölgədə münaqişənin alovlanmasına imkan verməyəcək. Bu gün bəzi ölkələr Ermənistan vasitəsi ilə bölgədə maraqlarını təmin etmək üçün bölgədə gərginlik yaratmaq istəyirlər. Ancaq unudurlar ki, həmin ölkələr və güclər 2020-ci ilin sonunda etibarən Azərbaycanın yaratdığı reallığı dəyişməyə cəhd edirlər, ancaq onların bütün bu cəhdləri cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət və qətiyyəti nəticəsində iflasa uğradılır.
Azərbaycan həmin güclərə bölgədə gərginliyi dərinləşdirməyə imkan verməyəcək. Artıq bunu İrəvandakılar da anlamaqdadırlar. Son günlərdə Ermənistanla sərhəddə demarkasiya və delimitasiya proseslərinin getməsi də bunun bariz nümunəsidir. Çünki Azərbaycan bölgədə dayanıqlı sülhün tərəfdarıdır. Azərbaycan müharibədə qalib olsa da, bölgədə dayanıqlı sülh layihəsi ilə Bakı çıxış edib. Hazırda Bakının müəyyən etdiyi sülh gündəliyinə uyğun danışıqlar gedir. Əminəm ki, bu proses uğurla başa çatacaq və nəhayətində Cənubi Qafqazda sülh, sabitlik, sıx əməkdşalıq münasibətləri təmin olunacaq".