Tiktokerlər nə qədər vergi ödəməlidir?

 

Günümüzdə demək olar ki, hər kəs sosial şəbəkələrdən istifadə edir. Müxtəlif sosial şəbəkə platformalarında hesab yaradır, maarifləndirici formatlar hazırlayır, insanları əyləndirirlər. Bununla yanaşı bəzi sosial şəbəkə hesablarından pul qazanmaq da mümkündür. Son zamanlar ən çox istifadə olunan platformalardan biri də “TikTok”-dur. “TikTok”-da isə pul qazanmaq daha asandır. Bu platformada böyük məbləğdə pullar qazanılır. Bəs “TikTok”-dan pul qazanan şəxslər nə qədər vergi ödəməlidir?

Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir: 

“Azərbaycan Respublikasında 182 gündən (6 aydan) artıq yaşayan istənilən şəxs “TikTok” platforması üzərindən gəlir əldə edirsə, bu şəxs gəlirə vergi ödəməlidir. Hər hansı bir şəxs “TikTok” platformasından gəlir əldə edirsə, həmin gəlirə görə 20% dərəcə ilə gəlir vergisi ödəməlidir. Həmin şəxsin orta aylıq işçi sayı 3-dən yuxarıdırsa, bu şəxs 75% vergi güzəştindən istifadə edərək 5% dərəcə ilə gəlir vergisi ödəməlidir. Bundan başqa, həmin şəxs qanunla müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqları və icbari tibbi sığorta haqqları da ödəməlidir”.

0.34130096435547