Avropa parçalana bilər, təhlükə ilə üz-üzəyik - Makron təşvişə düşüb

 

"Avropa həyati təhlükə ilə üz-üzədir. Rusiya Ukraynadakı müharibədə qalib gələrsə, Avropanın bütün müdafiə vasitələri məhv olacaq".

Ölkə.Az xəbər verir ki, bunu Fransa prezidenti Makron “The Economist”ə müsahibəsində deyib.

Avropanın qaçılmaz təhlükə ilə üz-üzə qaldığı barədə xəbərdarlıq edən Makron deyib ki, hər şey çox tez dağıla bilər. O əlavə edib ki, Avropanın təhlükəsizliyi üçün çox iş görülməlidir. 

Makronun belə bir xəbərdarlıqla çıxış etməsinin əsas səbəbi isə Ukraynanın Rusiya tərəfindən işğalıdır. "Putin artıq heç bir sərhəd tanımır. Moldova, Litva, Polşa, Rumıniya və ya hər hansı qonşu ölkə Rusiyanın hədəfi ola bilər. Rusiya Ukraynada qalib gəlsələr, Avropanın təhlükəsizliyi pozulacaq", - Makron deyib.

Avropanı gözləyən təhlükədən oyanmağa çağıran Makron əlavə edib ki, Qərbin ehtiyatlı yanaşması Rusiyanı yeni işğala daha da həvəsləndirəcək.

Makron eyni zamanda Avropanı ABŞ-nin hərbi asılılığından xilas olmağa çağırıb. "2025-ci ildə Ağ Evdə kim olursa olsun, Avropa Amerikadan onilliklər boyu davam edən hərbi asılılığından və onu müşayiət edən sərt gücə ciddi yanaşmaq istəməməsindən qurtulmalıdır. Böyük Britaniya və Norveç kimi Aİ-yə daxil olmayan ölkələrin iştirakı ilə Avropa özünün yeni müdafiə sistemini yaratmalıdır". 

Mürtəza
Ölkə.az

0.37794208526611