Ermənistan ətrafında vəziyyət gərgin olaraq qalmaqdadır - Paşinyan 

 

Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti gərgin olaraq qalmaqda davam edir. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bura Ermənistanın ərazisidir və bizim bu sərhəddən kənarda heç bir ambisiyamız olmamalıdır. Çünki bu sərhəddən kənarda olan istənilən ambisiya bizim zəif yerimiz kimi istifadə olunacaq, qanuni mövqelərimizi sarsıtmaq üçün istifadə olunacaq. Biz deyirik ki, bu xətdən kənar heç nə bizim deyil. Bu məntiqlə biz öz təhlükəsizliyimizi təmin edəcəyik. Gələcək iş bunu həll etməlidir", - Paşinyan bildirib.
Mürtəza
Ölkə.Az

0.19599604606628