Səfir Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin daşınmasını alqışladı

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının Qarabağ ermənilərinə ərzaq çatdırmaq üçün açılmasını alqışlayır.

"Ölkə.az" xəbər verir ki, bu barədə səfir Ferqus Auld "X" hesabnda paylaşım edib.

"Britaniya Ağdam-Xankəndi və Laçın yollarının BQXK nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə ərzaq çatdırması üçün açılmasını alqışlayır. Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə BQXK həyati əhəmiyyətli yardımların çatdırılmasına davam edəcək", - paylaşımda qeyd olunub.

0.16873908042908