G20 sammitinin üzvləri Hindistandakı meymunlardan belə qorunacaq - FOTOLAR

 

G20 sammitinin nümayəndələrini aqressiv meymunlarından qorumaq üçün Yeni Dehli şəhərində həmin meymunların karton fiqurları quraşdırılmağa başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

“Meymunlar maketlərdən qaçırlar, ona görə də karton fiqurlar onları qorxuda bilər. Həmçinin, maket meymunlarının qışqırıqlarını 40 xüsusi muzdlu işçi də təqlid edəcək. Meymunları aldatmaq mümkün olmadıqda, mütəxəssislər əlavə qorunma üsulları üzərində işləyirlər”, - deyə məlumatda vurğulanıb. 

Bildirilib ki, bu qeyri-adi tədbirlər meymunları sammit üzvlərinin yerləşdiriləcəyi oteldən uzaq tutmaq üçün təşkil olunacaq.

Qeyd edək ki, yaxın zamanlarda Hindistanda G20 sammiti baş tutacaq.

 

 

0.1693902015686