Nigerdə küçələrə axışan insanlar Rusiya bayrağı qaldırdılar - FOTO

 

Nigerin dövlət başçısı Mohammed Bazum Prezident Qvardiyası tərəfindən saxlanıldıqdan sonra çevriliş tərəfdarları küçələrə axışaraq bayram ediblər.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, tərəfdarların Rusiya bayrağını qaldırması diqqət çəkib. 

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nigerdə baş verənləri narahatlıqla izlədiklərini bildirib.

“Ölkədəki problemlər sülh və konstruktiv dialoq yolu ilə həll olunmalıdı.  Biz münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Niger xalqının xeyrinə daxili sülhün bərpası üçün bu daxili siyasi böhranın tez bir zamanda həllini gözləyirik. Niger Prezidenti Məhəmməd Bazumun əsgərlər tərəfindən dərhal azad edilməsini ümid edirik”.

Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı (BMT), İngiltərə, Tunis, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Qətər, Liviya və Əlcəzair kimi bir çox ölkə çevrilişi qınayıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Nigerdəki hərbi çevriliş cəhdini qınayıb. Konstitusiya nizamının və qanunun aliliyinin bərpası üçün hər cür səyin göstərilməli olduğunu söyləyib.

Britaniya Xarici İşlər Nazirliyinin İnkişaf və Afrika üzrə Dövlət Naziri Endryu Mitçel də Nigerdə demokratiya və sabitliyi pozmağa yönəlmiş hər hansı cəhdi qəti şəkildə pisləyir. 

Günay

0.18533802032471