Hindistanda islamafobiya yenidən gündəmdə: 2 məscid üçün "15 günə dağıdılması" qərarı

 

Hindistanda müsəlmanlara qarşı günü-gündən artan təzyiqlər fonunda Hindistanın Şimal Dəmir Yolları İdarəsi qalmaqallı qərar verib. 

Demokratikmusavat.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, rəhbərlik Yeni Dehlidəki iki məscidin 15 gün ərzində sökülməsinə göstəriş verib. 

“India Today”in xəbərinə görə, idarədən bildirilib ki, Benqal bazarı məscidi və Babar Şah Takiye məscidi dəmir yolu üzərində qeyri-qanuni tikilib.

Sözügedən məscidlərin 15 gün ərzində sökülməli olduğu, əks halda məscid idarələrinin “ağır nəticələrlə” üzləşəcəyi vurğulanıb.

Babar Şah Takiyə məscidinin katibi Əbdül Qaffar məscidin təxminən 400 yaşı olduğunu diqqətə çatdırıb.

Məscid Komitəsi də Dəmir Yolu İdarəsinin iddialarını rədd edərək, hər iki məscidin yüz illərlə yaşı olduğuna işarə edib.

 

0.16804790496826