Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 5,2% azalaraq 2 trilyon 210 milyard dollara geriləyib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə "Coinmarketcap" saytının məlumatında qeyd olunub.
"Binance"ın top meneceri vəzifəsindən istefa verən Çanpen Zaonun 4 aylıq həbs cəzası almasından sonra FED-in faiz qərarı öncəsi ən böyük kriptovalyuta olan bitkoinin dəyəri son 24 saatda 59 min 120 dollara enib.
Bitkoinin həftəlik dəyər itkisi 10%-ə yaxın olub. Martın 14-də 73 min 750 dollar dəyərlə tarixi maksimuma çatan bitkoin 46 gündə 18% ucuzlaşıb.
Bazar dəyərinə görə 2-ci yerdə olan ethereumun qiyməti isə 3 min dollardan aşağı düşüb və 2 min 954 dollar səviyyəsində ticarət olunub.
Analitiklər ABŞ-də inflyasiya təzyiqlərinin davam etdiyinə dair məlumatlardan sonra kriptovalyuta bazarında mənfi tendensiyanın müşahidə olunduğunu bildiriblər.
Könül
Ölkə.Az