Türkiyə Azərbaycan və Ermənistan arasında sərhəd sazişi ətrafında prosesin inkişafını izləyir və müsbət istiqamətdə gedən işləri alqışlayır.
Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəsmi nümayəndəsi Ömər Çelik deyib.
“Gündəliyimizdən asılı olmayaraq, biz Azərbaycanla bağlı məsələləri diqqətlə izləyirik. Nümayəndə heyətləri (sərhəd məsələləri üzrə Azərbaycan və Ermənistan) 8 dəfə görüşüblər. Sərhəddə simvolik olaraq da olsa, sərhəd daşı qoyulub. Biz regionda sülhün möhkəmlənməsinə töhfəni və Azərbaycana qarşı hücumlardan əl çəkməyi alqışlayırıq. Biz prosesin inkişafını izləyirik və izləməyə davam edəcəyik, müsbət tonu alqışlayırıq”, - Çelik bildirib.