Gürcüstanda müxalifət lideri döyülüb - FOTO

 

Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat Partiyası"nın sədri, parlament üzvü Levan Xabeişvili Tbilisidə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən aksiyanın dağıdılması zamanı polis tərəfindən döyülüb.

Ölkə.Az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Telekanal siyasətçinin fotosunu nümayiş etdirib.

Onun burnu sınıb, sağ gözü göyərib və zədələnib, üzündə qan izləri görünür.

0.19238519668579