Beyin gücünü artırmağın yolu

 

Alimlər beyin gücünü artırmaq üçün ən sadə üsulu açıqlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, neyrologiya tədqiqatları göstərib ki, cəmi 20 dəqiqəlik gəzinti insan beyninə müsbət təsir edir.

Bu müsbət təsirlər beynin qərar qəbul etmə, stressi idarə etmə və davranışlarımızı planlaşdırma ilə bağlı sahələrində görülə bilər.
Mütəxəssislərin fikrincə, yerimək zehni blokları aradan qaldırır, fərqli düşüncəni, beyin sağlamlığını artırır və fikirləri birləşdirir, ürəyi, ağciyərləri və sümükləri gücləndirir, həzm və qan şəkərinə kömək edir. 

İllinoys Universitetinin tədqiqatçılarının 2009-cu ildə apardığı araşdırmada, oxu testindən keçməzdən əvvəl 20 dəqiqə qaçış bandında gəzən iştirakçılar, 20 dəqiqə sakit oturanlardan əhəmiyyətli dərəcədə yaxşı performans göstərib.
Bu, beyin fəaliyyətinin bir az gəzintidən sonra əhəmiyyətli dərəcədə artdığını və bu təsirin təxminən 30 dəqiqə davam etdiyini üzə çıxarıb.

Hər gün, hətta çox qısa müddət ərzində də sürətlə yeriməyin yeganə təsiri təkcə beyin gücünü artırmaq deyil. 2023-cü ildə nəşr olunan bir araşdırma, gündə cəmi 11 dəqiqə sürətlə gəzməyin erkən ölüm şansını təxminən dörddə bir azalda biləcəyini göstərib.

Həftədə 75 dəqiqə velosiped sürmək, gəzinti və ya rəqs etmək kimi orta intensivlikli fəaliyyətlə məşğul olmaq vaxtından əvvəl ölüm riskini 23%azaldır. Xüsusilə infarkt və insult yarada bilən ürək-damar xəstəlikləri riskini 17%, xərçəng riskini isə 7% azaldır.
Həmçinin araşdırmalar yeməkdən sonra qısa bir gəzintiyə çıxmağın qan şəkərini aşağı saldığını və 2-ci tip diabet riskini azalda biləcəyini üzə çıxarıb.
Yeməkdən sonra 60-90 dəqiqə hərəkət etmək ideal vaxtdır, çünki qan şəkərinin səviyyəsi adətən pik həddə çatır.

Təsadüfi deyil ki, "Facebook"un qurucusu Mark Zukerberqin görüşlərini gəzərkən keçirməyi xoşladığı və "Apple"ın qurucusu Stiv Cobsun da eyni şeyi etdiyi deyilir.

 

 

0.21904110908508