Naxçıvan Ali Məclisinə yeni hüquq verilib - Bu “Media haqqında” Qanuna dəyişiklikdə əks olunub.

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edək ki, “Media haqqında” Qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

 

0.6346390247345