Makron BRİKS-in sammitinə dəvət olunmadı

 

Fransa Prezidenti Emmanuel Makron qarşıdan gələn BRİKS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) iştirak etmək istəsə də, tədbirə dəvət almayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Nyus 24” məlumat yayıb.

Məlumata görə, CAR Prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi assosiasiyanın sammitinə 70 ölkənin liderinə dəvət göndərsə də, dəvət edilənlər arasında nə Fransa Prezidenti Emmanuel Makron, nə də ABŞ və Böyük Britaniya liderləri yoxdur.

Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var.

0.56474804878235