Hə, nə olsun ki, təkcə Qarabağda deyil, başqa yerlərdə də erməni yaşayır - Arsenyan

 

“Hə nə olsun ki, Qarabağda olduğu kimi, Cavaxkda, Beyrut, Avstraliya və Qlendeyl də də ermənilər yaşayır. Bir çox hallarda isə Ermənistanın dövlət maraqları ermənilərin milli maraqları üst-üstə düşmür”.

Demokratikmusavat.com ” xəbər verir ki, erməni deputat Qurgen Arsenyan jurnalistlərin Qarabağda ermənilərin yaşayışı ilə bağlı sualını cavablandırarkən deyib.

“Qarabağda soydaşlarımız yaşayır, Cavaxk, Beyrut, Qlendeyl və Avstraliyada da ermənilər yaşayır. Dövlət xadimlərimizin birinci vəzifəsi Ermənistanın maraqlarına xidmət etmək, Ermənistanı qorumaqdır. Tarixin bu dövründə hamımız ağlımızın və ürəyimizin bir-biri ilə ziddiyyət təşkil etdiyi bir dilemma ilə qarşılaşırıq. Bəzən Ermənistanın dövlət maraqlarının müdafiəsi, ermənilərin milli maraqlarının alqoritmi ilə üst-üstə düşmür. Komandamız Ermənistan üçün faydalı olan siyasət həyata keçirir”, - deputat Arsenyan qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.166836977005