Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Azərbaycana gəlib

 

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Azərbaycana səfəri başlayıb.

"Ölkə.az" xəbər verir ki, onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü baş tutub.

"COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - Avropa Komissiyasının rəsmisi "X" hesabında bildirib.

Qeyd edək ki, avropalı rəsmi Azərbaycana Gürcüstandan gəlib. Onun Cənubi Qafqaza səfəri aprelin 30-dan başlayıb.

0.41791820526123