Bu ölkədə 15 yaşdan kiçik olanlara sosial şəbəkə məhdudiyyəti qoyuldu

 

Fransa Senatı sosial şəbəkə istifadəçilərinin yaşı ilə əlaqədar yeni qanun layihəsi qəbul edib.

Demokratikmusavat.com “Haber7.com”a istinadla xəbər verir ki, qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial şəbəkə platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir.

Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.

Həmçinin valideynlər platformalardan 15 yaşına çatmamış uşaqlarının sosial şəbəkə hesablarının dayandırılmasını tələb edə biləcəklər.

Qaydalara uyğun gəlməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.

Senatda qəbul edilən qanun layihəsi 14 deputatdan ibarət birgə komissiyada müzakirəyə çıxarılacaq.

Milli İnformatika və Azadlıqlar Komissiyasının (CNIL) 2021-ci ildə apardığı araşdırmaya görə, ölkədə sosial media platformasına qeydiyyatdan keçmə yaşı 8 yaşa enib.

Günay

0.16291308403015