ABŞ bu ölkəni taxıl müqaviləsini pozmaqda ittiham etdi

 

Rusiya tərəfi Qara Dəniz Qida Təşəbbüsü üzrə öhdəliklərinin “açıq-aşkar pozulmasına” yol verib.

Demokratikmusavat.com xəbər verir ki, bu bəyanatla mayın 23-də ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.

Onun sözlərinə görə, Rusiya taxıl müqaviləsi tərəflərinin razılaşdırdığı üç Qara dəniz limanından biri olan Yujnı limanına gəmiləri buraxmaqdan imtina edərək bu xilasetmə təşəbbüsünün normal fəaliyyətinə mane olmaqda davam edir.

BMT-nin məlumatına görə, gəmilər mayın 2-dən razılaşma çərçivəsində bu limana lövbər salmır və Kiyev limanın Rusiya Federasiyası tərəfindən blokadaya alındığını iddia edir.

Miller deyib ki, ABŞ Moskvanı qlobal ərzaq təchizatına müdaxiləni dayandırmağa çağırır.

Qeyd edək ki, taxıl sövdələşməsinə dair əvvəlki razılaşmaların müddəti mayın 18-də başa çatıb.

0.19105696678162